Orta və kiçik ölçülü məhsulların səmərəli və təhlükəsiz şəkildə saxlanması üçün ideal sistemdir.
Yüngül və orta yük raf sistemləri xüsusilə orta və kiçik həcimli məhsullar üçün ən doğru anbar saxlama üsuludur. Sistemin əsas üstünlüyü digər saxlama sistemləri ilə birlikdə quraşdırıla bilməsidir. Asanlıqla dəyişdirilə bilən raf aralıqları sayəsində istənilən anbar sahəsinə uyğunlaşdırıla bilər.
Bu sistemlər elektronika, avtomobil ehtiyat hissələri, supermarketlər, logistika və tikinti materialları kimi sahələrdə geniş istifadə olunur.
Üstünlüklər:
Məhsullara asan çıxış imkanı yaradır.
Depoya səliqəli və estetik görünüş qazandırır.
Möhkəm və modulyar quruluşa malikdir.